Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, yarış avqustun 4-8-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq.

Əsas mərhələnin oyunları avqustun 4-5-də keçiriləcək. Bu mərhələdə günün ilk qarşılaşmaları saat 09:00-da, son oyunları isə saat 17:00-da başlayacaq.

Avqustun 6-da üçüncü yer uğrunda görüşlər, avqustun 8-də isə final qarşılaşmaları baş tutacaq.

Ölkə çempionu olacaq komandalar 2026-cı ildə təşkil ediləcək klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Shares: