Dünya futbolu

La Liqa klubunda yeni qapıçı

EQ6hXlgQ0mW45MezXZxy9nH9hnaqXPZRFYPmmML4 1200 - Futbolinfo.az

İspaniyanın “Vilyarreal” klubu heyətini macarıstanlı qapıçı Peter Qulaçi ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər nəzərdə tutulan iki illik müqavilə imzalanıb.

Qulaçi 2015-ci ilin yayından Almaniyanın “Leypsiq” klubunda çıxış edirdi. O, Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 362 oyunda 440 qol buraxıb, 117 matçda isə qapısını toxunulmaz saxlayıb.

Qulaçi “Leypsiq” tarixində ən çox oyun keçirən üç futbolçudan biridir.

Shares: