UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq “Sabah”ın İsrail təmsilçisi ilə ev oyununu keçirəcəyi stadion müəyyənləşib. “Bayquşlar” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Azərbaycan çempionunun ev oyununun başlama saatı da bəllidir. Tərəflər arasında Bakıdakı matç avqustun 25-də baş tutacaq və saat 20:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk görüşü avqustun 19-da Rumıniyanın Buxarest şəhərindəki “Giulesti” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Shares: