“Dandi Yunayted”in məşqçisi Li Şarp yarımmüdafiəçi Viçko Şevelinin “Neftçi”yə transferini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Şotlandiya klubunun xorvatiyalı oyunçunu satmaq istəmədiyini etiraf edib.

O, Şeveli barədə yüksək fikirlər səsləndirib: “O, əla futbolçu idi, burada olduğu iki il ərzində çox yaxşı çıxış etdi. Həm də əla oğlan idi. Klub Şevelini saxlamaq üçün əlindən gələni etdi, yeni müqavilə imzalamaq istədi. Biz onu itirmək istəmirdik. Amma Şeveli əlindəki variantı dəyərləndirmək istədi”.

Qeyd edək ki, Viçko Şeveli “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

Shares: