“Qalatasaray” növbəti transferini gerçəkləşdirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb.

21 yaşlı müdafiəçi onun müqavilə ilə məxsus olduğu “Leyptsiq”dən (Almaniya) icarəyə götürülüb. Fransalı futbolçu artıq İstanbuldadır. “Sarı-qırmızılar” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leypsiq”ə keçib. Bitşiabu ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.

Shares: