“Neftçi” PFK ilə futbolçu Kenan Piriç arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş bosniya və herseqovinalı qapıçı komandanın heyətində 29 rəsmi oyun keçirib.
