Premyer-liqa
Bahodir Nasimov: “Rəvan”la oyunun çətin keçəcəyini bilirdik
“Neftçi”nin hücumçusu Bahodir Nasimov T…
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində özbəkistanlı futbolçu bunları dilə gətirib:
“Gərgin oyun oldu. Amma biz belə olacağını bilirdik. Rəqib yaxşı təsir bağışladı. Hətta ilk qolu da onlar vurdular, ikinci hissəyə kimi üstünlüklərini qorudular. Yaxşı ki, sonda iki qol vuraraq qələbəyə sevinən tərəf biz olduq. Komanda yoldaşlarımı bu qələbə münasibətilə təbrik edirəm. Hakimlər haqda danışmaq istəmirəm”.