Dünya futbolu
21 yaşlı gürcü məşhur Fransa klubunda
Batumi “Dinamo”sunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.
Futbolinfo.az Liqa 2-də mübarizə aparan “Bordo”nun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçu cari mövsümün sonunadək icarəyə götürülüb.
Anlaşmada nəzərdə tutulan bəndə əsasən, “Bordo” sonradan gənc oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.
Tiflis “Dinamo”sunun yetirməsi olan Davitaşvili Rusiyanın “Rubin”, “Rotor” və “Arsenal” klublarında da çıxış edib. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir