Premyer-liqa
Sxadadze: "Gözə gəldik"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Pre…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan "Sumqayıt"la oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gürcüstanlı mütəxəssis evdəki qolsuz (0:0) heç-heçəni belə şərh edib:
“Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidi. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.
(pfl.az)
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı