Ölkə futbolu
33-cü duel
“Qəbələ” 2015-ci ilin ilk rəsmi matçına fevral…
“Qəbələ” 2015-ci ilin ilk rəsmi matçına fevralın 1-də çıxacaq. Futbolinfo.az xəbər verir ki, 2014/15 mövsümünün ikinci yarısına 19-cu turun “Bakı” ilə oyunu ilə başlayacaq “qırmızı-qaralar” ilə səfər matçı ilə başlayacaq.
Ukraynalı baş məşqçi Roman Qriqorçuk və qış fasiləsində transfer edilən futbolçular üçün debütlə əlamətdar olacaq görüş “Qəbələ”nin paytaxtın eyniadlı təmsilçisi ilə 33-cü dueli olacaq.
“Bakı”nın təlim-məşq bazasında baş tutacaq qarşılaşmayadək komandalar 32 dəfə üz-üzə gəlib. Bu oyunların 26-sı çempionat, 6-sı kubok çərçivəsində keçirilib. Baş tutan görüşlərdə 8 qələbə qazanan “Qəbələ” 9 dəfə heç-heçə ilə kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. “Qırmızı-qaralar” 27 qol vurduğu matçlarda 35 top buraxıb.
Bu oyunlarda “Qəbələ”nin 27 qoluna 18 futbolçu imza atıb. Komandanın ən yaxşı bombardiri Viktor Mendidi. Seneqallı legioner 6 dəfə rəqib qapısına yol tapıb.
Bütün qələbələrini Premyer Liqada qazanan “Qəbələ” çempionatdakı 26 oyunda 6 heç-heçə edib və 12 dəfə uduzub. Bu matçlarda 54 qol vurulub. “Bakı” 29, “Qəbələ” 25 top vurub.
17-ci dəfə paytaxt təmsilçisinin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 3 qələbə qazanıb. Səfərdə 4 heç-heçəsi olan komanda 9 dəfə uduzub. Bakılılar öz meydanında top fərqində də öndədi – 22:12.
Ümumilikdə üstünlük “Bakı”nın tərəfində olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ardıcıl 8 qarşılaşmada uduzmayan əyalət təmsilçisi bu görüşləri qolsuz tərk etməyib. Komanda rəqib meydanındakı son 7 görüşdə də qolsuz qalmayıb.
(Klub saytı)
- Premyer-liqa2024-02-11 15:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-12 09:19
“Qarabağ” üçün yeni liqa – ruslar təklif edir
- Premyer-liqa2024-02-11 22:04
“Bu qədər qol buraxırıqsa, demək, çatışmazlıqlar var” – Qurbanov
- Premyer-liqa2024-02-11 20:59
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə