Ölkə futbolu
Nazarov qol vurdu, "Karlsrue" darmadağına imza atdı
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıx?…
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Karlsrue” çempionatın ikinci yarısı üçün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "göy-ağlar" hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.
Həmyerlimizin komandası evdə eyni liqada mübarizə apardıqları “FK Frankfurt”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 15-ci dəqiqədə qol hesabını açıb və 46-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Karlsrue” çempionatda 33 xalla 2-ci yerdədi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı