Ölkə futbolu
Xəbərimiz təsdiqləndi: Kamran Ağayev rəsmən qovuldu
“Qəbələ” klubu qapıçı Kamran Ağayevlə yollar…
“Qəbələ” klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb. Futbolinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.
2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən əlcək sahibi “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib. 29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.
“Qəbələ” klubu Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, Kamran Ağayevin "Qəbələ"dən göndəriləcəyi xəbərini ilk olaraq futbolinfo.az saytı yazmışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı