Dünya futbolu
22 il sonra Fransa kubokunu qazandılar
Fransa kubokunda 2021/22 mövsümünün final qarşılaşması keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “Nitsa” və “Nant” komandaları üz-üzə gəlib.
Rəqibini 1:0 hesabıyla məğlub edən “Nant” ölkə kubokunu qazanıb. Matçdakı yeganə qolu 47-ci dəqiqədə Lüdovik Blas vurub.
Liqa 1-də 9-cu pillədə qərarlaşan “Nant” tarixində 4-cü dəfə Fransa kubokunu qazanıb. Sözügedən klub son olaraq 22 il əvvəl – 1999/2000 mövsümündə belə uğura imza atmışdı.
- Premyer-liqa2024-02-01 20:39
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”
- Dünya futbolu2024-02-01 15:47
Berdıyev lider komandanı “Sabah”a görə tərk edib?