Premyer-liqa
Sxadadze: "Simurq"a qarşı oynamaq çox çətindi"
Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilir. …
Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "İnter" öz meydanında "Simurq"u 2:1 hesabı ilə məğlub edib.
Hazırda "İnter Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze qalibiyyəti belə şərh edib:
“Bu oyunda 3 xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindi. Rəqib qapanmağı bacaran bir komandadı. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".
(pfl.az)
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR