Bizi izləyin

Müsahibə

Əli Gökdəmir "Hannover"dən Azərbaycanı seçdiyi üçün ayrılıb

”Simurq”un müdafiəçisi Əli Gökdəmirin …

blank
”Simurq”un müdafiəçisi Əli Gökdəmirin futbolinfo.az saytına müsahibəsi:
– Premyer Liqanın növbəti turunda doğma azarkeşləriniz önündə AZAL-ı qəbul edəcəksiz. Həmin qarşılaşmaya hazırlıqlarınız necə gedir?
– Hər şey yolundadı. Sponsorla bağlı problem var idi, o da həll olundu. əvvəlki kimi məşqlərimizi davam etdiririk.
– Sponsorla bağlı məsələ necə həll olundu ki?
– Bizə dedilər ki, bu həftənin axırında klub prezidenti gəlib, maaşları verəcək. Yəni, bu problem həll olunub. Kim gəldi, kim getdi – bununla bağlı heç nə deyilməyib. Dedilər ki, siz sadəcə, futbolunuzu oynayın, digər məsələlər həll olunacaq.
– Neçə ayın maaşı verilməyib ki?
– Buvaxta qədər bütün maaşlarımızı almışıq. Söhbət hazırkı ayın maaşından gedir.
– Hazırda AZAL, “Simurq” və “Qəbələ” klubları arasında 4-cü pillə uğrunda gərgin mübarizə gedir. Bakı təmsilçisi də sizə başağrısı ola bilər. Ümumiyyətlə, Zaqatalada baş tutacaq qarşılaşmada qələbə qazanmaq şansınız nə dərəcədə realdı?
– Bizim üçün hər oyun önəmlidi. “Qəbələ”ni kubokdan kənarlaşdırdığımız üçün indi bütün diqqətini çempionata yönəldib. Onsuz da, biz mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmağı qarşımıza vəzifə qoymuşduq. Önəmli olan qarşıdakı oyuna baxmaqdı.
– Əsas heyətdə sizi görə bilməməyimizin tək səbəbi zədə ilə bağlıdı?
– Bəli. Türkiyədə təlim-məşq toplanışında dizimdə zədə oldu. Bunun necə baş verdiyini heç bilmədim. Almaniyaya gedib müalicə olduqdan sonra yenidən gəlib məşqlərə başladım. 1 ay düz-əməlli məşq edə bilmədim. İndi normal məşqlərimi edirəm. Bu mövsümü ancaq keçmiş formama qayıtmaq üçün xərcləyəcəm. Zədələrin məndən niyə əl çəkmədiyini bilmirəm. Deyəsən, mənə göz dəyib (gülür).
– Belə bir durumda milli komandadan da ayrı qaldığınız üçün üzlüldüyünüzü düşünmək olarmı?
– Əlbəttə. Onsuz da, bu durumda millidən dəvət gözləyəsi halda deyiləm. Oynamayandan sonra milliyə necə dəvət ala bilərəm axı? Malta yığması ilə oyuna baxdım. Allaha şükür ki, qələbə qazandıq. Türkiyə yığması üçün də çətin olacaq. Onlar da Hollandiya ilə heç-heçə etdilər. Hər şey ola bilər.
– Yəni bir millət, iki dövlət olduğumuzu futbolda da nümayiş etdiririk də…
– Mənim üçün heç bir fərqi yoxdu – Azərbaycan da, Türkiyə də mənim ölkəmdi. Bizim oyunçular da mənə əcnəbi kimi baxmır. Məni öz oyunçuları kimi qəbul edirlər.
– Necə düşünürsüz, qısa müddət ərzində yığmamızın baş məşqçisi Robert Prosineçki millidə nəyisə dəyişə bilib?
– Dəyişiklik ondan ibarətdi ki, daha çox hücuma üstünlük verir. Bundan başqa gənc futbolçulara da şans verməsini bəyəndim. “Qarabağ”ın üzvü Namiq Ələsgərov yaşına görə çox yaxşı oynadı. İlk oyununda qol ötürməsi ilə yadda qaldı. Əldə etdiyi şansı dəyərləndirdi. Təəssüf ki, sonradan zədələndi. Allah onun da köməyi olsun. Berti Foqts isə müdaiəfədə oynamağa üstünlük verirdi. Deyirdi ki, top bizdə olanda gözləyin, sonra hücum edək.
– Vaxtı ilə “Hannover-96”da çxış edirdiz. Halbuki, orada qalıb, Bundesliqada oynamaq şansı qazana bilərdiz. Almaniya klubundan niyə ayrıldınız ki?
– Buna qədər belimdə yırtıq var idi. Hətta futbolu buraxmağı düşünürdüm. Yəni, elə bir vəziyyətə gəlmişdim. Ayağım da işləmirdi. Mənim üçün çox çətin idi. Mən “Elazığspor”a icarəs əsasında çıxış edəndə zədələnmişdim. Həmin vaxt “Hannover -96”ya baş məşqçi Tayfun Korkut təyin olunmuşdu. Müqavilə ilə məxsus olduğum kluba geri qayıdanda elə bildim ki, türk məşqçi gəldiyi üçün hər şey yaxşı olacaq. O da mənə dedi ki, səni bu komandada oynatamayacam. Çünki mən vaxtı ilə Azərbaycan millisini seçəndə onlar da məni Türkiyənin U-21-nə dəvət etmək istəyirdilər. Cavabında isə “Mənə qapını açan Azərbaycan oldu. Onlar mənə təklif göndərdilər deyə, siz də gəlmisiz” dedim. Görünür, bu, onların xoşuna gəlməyib. Onsuz da, zədəm var idi. Ayrılmağa mən də müsbət baxdım.
– Bəs, belə durumda sizin “Simurq”a transfer olmanız necə reallaşdı?
– “Simurq”la, menecer Ceyhun Sultanovla münasibətim yaxşı idi. Mənim buraya gəlmək istəyib-istəmədiyimi soruşdu. Mən də “niyə istəmirəm ki” deyə cavab verdim. Pula bir o qədər də önəm vermirdim. Düzdü, futbolçu olduğumuz üçün pul qazanmalıyıq. Almaniyada yaşayan ailəmə pul göndərməliyəm. Futbol bizim “çörək ağacı”mızdı. Menecerləyimi Azərbaycanda Ceyhun Sultanov edir. O dedi ki, Azərbaycan futbolu inkişaf edir. Son illərdəki nəticələr göz önündədi. Almaniyada isə başqa birisi bu işlə məşğul olur.
– Ceyhun Sultanov sizi nə yaxşı “Sumqayıt”a yox, “Simurq”a təklif edib?
– Məndən hansı kluba getmək istədiyimi soruşdu. Mən də dedim ki, səssiz yerə üstünlük verirəm. Əsas məqsədim bütün fikrimi futbola yönəltmək idi. Zaqatalada da bu cür yaşamaq üçün hər şərait var. Ara-sıra da oynayıram. Bir neçə oyunda da nəticəyə təsir edən müsbət işlər görmüşəm. İnşallah, gələn mövsüm üçün tam formada olacam.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm