Dünya futbolu
Suares: “Ancaq “Liverpul”a qayıdaram”
“Barselona”nın hücumçusu Luis Suares sabiq kl…
“Barselona”nın hücumçusu Luis Suares sabiq klubu “Liverpul”a qayıda biləcəyini deyib. Futbolinfo.az xəbər verir ki, cari mövsümün əvvəlində İspaniya nəhəginə transfer olunan uruqvaylı futbolçu iştirak etdiyi xeyriyyə matçından sonra bunları dilə gətirib:
“Futbolda gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Əgər İngiltərəyə qayıtsam, “Liverpul”a qayıdaram”.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2011-2014-cü illərdə İngiltərə klubunda çıxış edib.