Ölkə futbolu
Vəzir-vəkil üçün “Dronqo”
Sadıq Sadıqov indi istefa vermədi, bu gün sadəcə, gedişi r?…
Sadıq Sadıqov indi istefa vermədi, bu gün sadəcə, gedişi rəsmiləşdi. Hələ Elnur Məmmədov kluba vitse-prezident təyin olunanda onun “halvası çalınmışdı”. Sadəcə, üzünə salıb qalır, onu bura göndərənlərin rəhmə gələcəyinə ümid edirdi. Pulu kəsilsə də, səlahiyyətləri əlindən alınsa da…
Sadıq Sadıqov indi istefa vermədi, bu gün sadəcə, gedişi rəsmiləşdi. “Neftçi”nin prezidenti hələ millinin baş məşqçisi Pobert Prosineçki Maltaya qarşı oynayacaq heyət açıqlananda taleyi ilə barışmışdı. AFFA-nın baş katibi Elxan Məmmədov bununla “yuxarılar”a mesaj göndərirdi ki, Sadıqov işləyə bilmir, onun rəhbərlik etdiyi komandadan əsas yığmaya bir nəfər də çağırılmayıb, ölkə futbolunun inkişafına heç bir töhfəsi yoxdu.
Sadıq Sadıqov indi istefa vermədi, bu gün sadəcə, gedişi rəsmiləşdi. Malta üzərində qələbə reallaşan dəqiqədə Elxan Məmmədov bayram edir, Sadıq Sadıqov “validol” axtarırdı.
İndi işavir-müşavir Elnur Əşrəfoğlu harada gizlənib, niyə çıxıb, danışmır, baş katibi ifşa etmir? Vəzir-vəkil nə üçündü bəs? Yoxsa o da heç cür tapmaq mümkün olmayan mətbuat katibi Gündüz Abbaszadə kimi silahı atıb, o biri düşərgəyə keçiblər? Bəlkə yeni rəhbərlik onlara daha yaxşı vədlər verib, daha Sadıqovun qayğısına ehtiyac yoxdu?
Çingiz Abdullayev?! Bu qədər də olmaz. “Neftçi”nin yeni prezidenti detektiv əsərlərin sənətkarı olacaq. Ya yeni mövzu axtarır, ya da onu yaratmağa gəlib. Amma kimlərsə “Dronqo”yla sevdiyimiz adamın adının altında kölgələnib çevriliş etmək istəyirsə, vay bizim halımıza. Bu, nəsə böyük oyun olacaq. İzləyək…
CAVAD
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq