Ölkə futbolu
"Neftçi"də prezident oyunu: İndi təkzib edirlər…
"Neftçi" rəsmi saytı vasitəsi ilə xəbər yayaraq…
"Neftçi" rəsmi saytı vasitəsi ilə xəbər yayaraq klub prezidenti Sadıq Sadıqovun istefa verməsi ilə bağlı iddiaları təkzib edib. Futbolinfo.az sizi həmin mətnlə tanış edir:
"Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək".
Maraqlıdı ki, gün ərzində susan bakılılar Sadıqovun istefası haqqında çıxan xəbərləri yalnız 3-4 saatdan sonra təkzib edirlər. Görünür, bu, ya növbəti yalan, ya da Çingiz Abdullayevin təyinatına olan ictimai qınağın nəticəsidi. Bəlkə də, bu zaman ərzində yuxarı dairələrdə elə hadisələr baş verib ki, "Neftçi"də çevriliş edənlərin planları təxirə salınıb.