Müsahibə
Aqil Məmmədov: "Qismət deyilmiş"
“Neftçi”nin qapıçısı Aqil Məmmədovun fu…
“Neftçi”nin qapıçısı Aqil Məmmədovun futbolinfo.az saytına müsahibəsi:
– Premyer Liqanın 27-ci turunda “Bakı” ilə qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir?
– Komanda olaraq hazırlığımız yaxşı keçir. Hər şey qaydasındadı. “Bakı” ilə oyunda mütləq qələbə qazanmalıyıq.
– Komanda olaraq hazırlığımız yaxşı keçir. Hər şey qaydasındadı. “Bakı” ilə oyunda mütləq qələbə qazanmalıyıq.
– Keçmiş komandanıza qarşı ilk oyununuz olacaq. Necə hisslər keçirirsiz?
– Neçə ildi çıxış etdiyim komandaya qarşı oynayacam. “Bakı” ilə oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Başqa heç nə deyə bilmərəm.
– Neçə ildi çıxış etdiyim komandaya qarşı oynayacam. “Bakı” ilə oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Başqa heç nə deyə bilmərəm.
– “Neftçi”də maaşların verilməməsi xəbərləri gündəmdədi…
– Boş söhbətlərdi. “Neftçi”də elə bir şey yoxdu. Yalan xəbərlərdi.
– Boş söhbətlərdi. “Neftçi”də elə bir şey yoxdu. Yalan xəbərlərdi.
– Açıqlamanızda bildirmişdiniz ki, “Neftçi”yə keçməyimin ən böyük səbəbi milliyə cəlb olunmaqdı. Amma dəvət almadınız. Bu nə ilə bağlı idi?
– Millinin məşqçiləri oyunlarımızı izləyir. Biz əlimizdən gələni edirik. Özləri bilərlər. Mən indi “Neftçi”nin uğurları üçün çalışıram.
– Millinin məşqçiləri oyunlarımızı izləyir. Biz əlimizdən gələni edirik. Özləri bilərlər. Mən indi “Neftçi”nin uğurları üçün çalışıram.
– “Neftçi”yə keçəndən stabil çıxışla yadda qalırsınız. Ümumiyyətlə, milliyə dəvət olacağınıza ümid edirdiniz?
– Məncə, yaxşı çıxış edirəm. Milliyə dəvət olunacağımı gözləyirdim, amma alınmadı. Qismət deyilmiş. Onların fikrinə hörmətlə yanaşıram.
– Məncə, yaxşı çıxış edirəm. Milliyə dəvət olunacağımı gözləyirdim, amma alınmadı. Qismət deyilmiş. Onların fikrinə hörmətlə yanaşıram.
– Demək olar ki, “Neftçi” ölkə çempionatından əlini üzsə də, kubokda yarımfinaldadı. Ölkə kubokunun yarımfinalda “İnter”lə qarşılaşacaqsınız. Cari mövsümdə çempionat oyunlarında “İntər”i məğlub edə bilməmisiniz. Sizcə, kubokda “İnter” səddini keçə biləcəksiniz?
– Düşünürəm ki, bu səfər “İnter”i məğlub edə biləcəyik. Ölkə kubokuna sahib olmaq istəyirik. “İnter”i məğlub etməklə uğursuz seriyaya son qoyacağıq.
– Düşünürəm ki, bu səfər “İnter”i məğlub edə biləcəyik. Ölkə kubokuna sahib olmaq istəyirik. “İnter”i məğlub etməklə uğursuz seriyaya son qoyacağıq.
ZAMİN ALLAHVERDİYEV
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…