Dünya futbolu
Nəhənglər türk futbolçu üçün yarışır
Avropa transfer bazarında "Bayer"in yarımmüdafiə&cce…
Avropa transfer bazarında "Bayer"in yarımmüdafiəçisi Hakan Çalhanoğluya böyük maraq var. Futbolinfo.az xəbər verir ki, bu haqda "Tuttosport" məlumat yayıb.
"Barselona", "Arsenal" və "Liverpul"dan sonra "Roma" ilə "Yuventus" da onun uğrunda mübarizəyə qoşulub. “Bayer" keçən mövsüm türk futbolçuya görə "Hamburq"a 14,5 milyon avro ödəmişdi.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan Çalhanoğlunun aktivində 5 qol, 4 məhsuldar ötürmə var.