Ölkə futbolu
Vaqifə güvənməyib, gənclərə üz tutdu
Azərbaycan millisinin üzvü Vaqif Cavadovun çıxış …
Azərbaycan millisinin üzvü Vaqif Cavadovun çıxış etdiyi "Boluspor" heyətinə iki yeni futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa klubunun baş məşqçisi Reha Erginer hücum xəttindəki problemi aradan qaldırmaq üçün əvəzedici komandadan Ömər Çətinbaşı və Əmrullah Yıldırımı əsas heyətə cəlb edib.
Hər iki futbolçu 2 gün öncə Superliqa təmsilçisi "Karabükspor"la yoxlama görüşündə oynamaq şansı əldə edib.
Maraq üçün əlavə edək ki, qış fasiləsində "Boluspor"a transfer olunan Cavadov hələ də əsas heyətə düşməkdə çətinlik çəkir. Görünür, Vaqifin gəlişi irəli xəttəki problemlərin həllinə heç də kömək olmayıb deyə, məşqçi yeni hücumçulara üz tutub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…