Dünya futbolu
"Santos" Neymar və "Barselona"dan FİFA-ya şikayət etdi
"Santos" Neymar, atası, braziliyalını təmsil edən…
Braziliyanın "Santos" klubu sabiq futbolçusu Neymar, atası, onu təmsil edən şirkət və "Barselona"nı FIFA-ya şikayət edib. Komandanın prezidenti Modesto Roma şikayətin səbəbini açıqlayıb: "Santos" hesab edir ki, "Barselona", Neymar və onu təmsil edən şirkət anlaşmanın qaydalarını pozub. Bizə dəyən zərərin faizi ilə ödənilməsini tələb edirik".
Modesto indiyə kimi Neymarın keçidindən 17,2 milyon avro qazandıqlarını sözlərinə əlavə edib. O bildirib ki, Neymar "Qızıl top"a namizəd 3 futbolçudan biri olacağı təqdirdə "Santos" büdcəsini daha 2 milyon avro miqdarında zənginləşdirəcək.
Daha öncə "Barselona"nın sabiq prezidenti Sandro Rossel və hazırkı prezident Xosep Mario Bartomeu Neymarın transfer qiymətini bilərəkdən aşağı göstərməkdə və vergidən yayınmaqda ittiham olunmuşdular.