Dünya futbolu
Melonun əvəzinə Bilal
“Qalatasaray” növbəti transferini reallaşdırıb. …
“Qalatasaray” növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” “Akhisar Bələdiyyəspor”un mərkəz yarımmüdafiəçisi Bilal Qısanı heyətinə qatıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Hamza Hamzaoğlu hələ ötən mövsümdən Bilalın keçidində maraqlı idi. O, brazilyalı futbolçu Felipo Melo zədələndikdə “Kaşki Bilal bizdə olardı, Səlçuk İnanla yan-yana oynadardım” demişdi. Artıq Bilalın cümə günü “cim-bom”la 2 illik müqaviləyə imza atdığı bildirilir. Türkiyəli həmkarlarımızın iddiasına görə, Melo yayda İstanbulu tərk edə bilər. Beləliklə də mümkün gedişdən sonra yarımmüdafiə xəttində problem yaşamamaq üçün 32 yaşlı futbolçu heyətə cəlb olunub.
Qeyd edək ki, Bilal bu mövsüm “Akhisar Bələdiyyəspor”da 31 oyunda meydana çıxıb, 6 qol və 8 məhsuldar ötürmə verib. Maraq üçün bildirək ki, təcrübəli futbolçu 2000-03 illərdə digər istanbul nəhəngi “Fənərbaxça”da çıxış edib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı