Dünya futbolu
Rəsmi: “Yeni mövsümdən “Real”ı Benites çalışdıracaq”
“Real”ın yeni baş məşqçisinin Rafael Benites ol…
“Real”ın yeni baş məşqçisinin Rafael Benites olması artıq dəqiqləşmək üzrədi. Futbolinfo.az xəbər verir ki, bu barədə madridlilərin vitse-prezidenti Eduardo Fernandes de Blas məlumat verib.
İspaniyanın “AS” nəşrinə açıqlama verən Blas “kral klubu”nu yeni mövsümdən Benitesin çalışdıracağını deyib: “Ançelottiyə hörmətim böyükdü. O, istefaya göndərilənə kimi dünyanın ən yaxşı baş məşqçisi idi. Ancaq yeni mövsümdən “Real”ı Rafael Benites çalışdıracaq və o, dünyanın ən yaxşı baş məşqçisi olacaq”.
Qeyd edək ki, ispaniyalı təcrübəli çalışdırıcı 2013-15 illərdə İtaliya “Napoli”sinin baş məşqçisi kimi çalışıb.