Dünya futbolu
12-ci dəfə Əziz Yıldırım
“Fənərbaxça” klubunda prezident seçkiləri…
“Fənərbaxça” klubunda prezident seçkiləri keçirilib. Futbolinfo.az xəbər verir ki, hazırki rəhbər Əziz Yıldırım 12-ci dəfə İstanbul təmsilçisinin prezidenti seçilib.
İki namizədin yarışdığı seçkidə 6648 mümkün olan səsin 5504-nü Yıldırım, 1144-nü isə digər namizəd Hulusi Belgü toplaya bilib. Beləliklə 62 yaşlı başqan 4360 say fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, Əziz Yıldırım 1998-ci ildən İstanbul nəhənginin prezidenti vəzifəsini icra edir.