Dünya futbolu
Mixayloviç istefa verdi
Sinişa Mixayloviç İtaliyanın “Sampdoriya” klubu …
Sinişa Mixayloviç İtaliyanın “Sampdoriya” klubu ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə o, klubun internet saytına məlumat verib.
Serbiyalı mütəxəssis açıqlamasında 2 il müddətində intizamlı və döyüşkən komanda formalaşdırdığı üçün özü ilə qürur duyduğunu bildirib. Məşqçilik kariyerasını Milan “İnter”ində köməkçi məşqçi kimi başlayan 46 yaşlı çalışdırıcı Serbiya milli komandası və İtaliyanın “Boloniya”, “Kataniya” və “Fiorentina” klublarında baş məşqçi vəzifəsini icra edib.
Qeyd edək ki, Mixayloviç 2013-15-ci illərdə “Sampdoriya”nın uğurları üçün çalışıb. Əlavə olaraq bildirək ki, adıçəkilən komanda bu mövsüm İtaliya A seriyasında 7-ci pillədə qərarlaşıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir