Premyer-liqa
“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi
“Qəbələ”nin 2015/16 mövsümünə hazırlı…
“Qəbələ”nin 2015/16 mövsümünə hazırlıq planı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ardıcıl 2-ci dəfə Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” qitə miqyaslı turnirə hazırlıq məqsədilə 2 təlim-məşq toplanışı keçirəcək.
Roman Qriqorçukun yetirmələri hazırlığın ilk mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Ərzurumda baş tutacaq toplanış iyunun 10-da start götürəcək. Ayın 19-dək davam edəcək hazırlıq çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub. İyunun 21-30-da isə ikinci təlim-məşq toplanışı keçiriləcək. Komandamız avrokuboklara hazırlığını Qəbələdə tamamlayacaq.
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Yarışın ilk iki mərhələsinin püşkü iyunun 22-də atılacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 2-də, cavab matçı 9-da baş tutacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı