Ölkə futbolu
Vidadi Rzayev: “Günah məndədi”
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu ke&…
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq həlledici matçda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Ötən gün adıçəkilən stadionda hər iki klubun veteranları arasında görüş keçirilib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Matçdan sonra “Neftçi”nin veteranı Vidadi Rzayev jurnalistlərin suallarını cavablandırıb:
“Sevincim sonsuzdu. Bu oyunu təşkil edənlərə minnətdarlığımız bildiririk. Mənim üçün bu oyunun keçirilməyi gözlənilməz oldu. Sabahkı oyunda da finala layiq oyun olacağını gözləyirəm. Güclü qalib gəlsin”.
Rzayev “Kəpəz”ə idman direktoru vəzifəsinə gəlməyinə də münasibət bildirib: “Çalışıb, işimi layiqincə görəcəm. Bildiyiniz kimi Gəncədə prespektivli uşaqlar çoxdu. Həmin uşaqları çalışdırıb, əsas heyətə gətirmək lazımdı. Bildiyiniz kimi, aşağı yaş üzrə idman direktoruyam. Gəncə futbolu üçün əlimdən gələni edəcəm.İcra başçısı da bu vəziyyətə qol qoyub. Stadionu düzəldib, şərait yaradacaqlar və bundan sonra inanıram ki, futbolçular yetişib inkişaf edəcək”.
Cari ildə “Kəpəz”in baş məşqçisi olan Rzayev növbəti mövsüm onu əvəz edən Şahin Diniyev haqqında da danışıb: “Şahin müəllimin köməkçiləri birinci divizionda bizim oyunlarımızı izləyiblər. Kim layiqdisə, əsas heyətdə oynayacaq. Gələcəkdə Diniyev və kollektivinə uğurlar arzulayıram.
Həmçinin o, “Kəpəz”də baş məşqçi işləyə bilməməsinin səbəbini də açıqlayıb: “Təəssüflər olsun ki, günah məndədi. Məndə B kateqoriyasıdı. A və Pro kateqoriyam yoxdu. Gələcəkdə oxuyub, bu kateqoriyaları almaq fikrindəyəm”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu