Ölkə kuboku
"Maradona": "Qurban Qurbanov inciməsin…"
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu ke&ccedi…
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq həlledici matçda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Ötən gün adıçəkilən stadionda hər iki klubun veteranları arasında görüş keçirilib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Matçdan sonra “Neftçi”nin veteranlarından “Maradona” ləqəbli İlham Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
“Yaxşı təsir bağışladıq. 1996-cı illər gözümün önünə gəldi. Əsas 19 ildi biryerdə oynadığımız uşaqları görmək idi. Gözləmədiyim halda AFFA-dan dəvət gəldi. Həmin andaca gəlməyə razılıq verdim”.
Almaniyada yaşayan Məmmədov çoxdan görmədiyi futbolçu yoldaşları və oradakı həyatı haqqında da danışıb: “Yoldaşlarımla anlaşma səviyyəmiz əvvəlki kimidi. Saçlarının ağarması qocalıqdan yox, vitaminsizlikdəndi (gülür). Sonuncu dəfə qışda babam rəhmətə gedəndə Azərbaycana gəlmişdim. Almaniyada futboldan kənaram. Bir firma var onunla yoldaşım və 3 işçimlə bərabər işləyirik. Orada Bilefeld şəhərində yaşayıram”.
Məmmədov final oyununda “Neftçi”nin qalib gəlməsini istədiyini deyib: “Azərbaycan futbolunu internet vasitəsilə izləyirəm. Qurban Qurbanov inciməsin, amma “Neftçi”nin qələbə qazanmağını istəyirəm. Hər iki komandaya finalda uğurlar arzulayıram. “Qarabağ”ın oyunlarını keçən il izləmişdim. Qurban Qurbanov hələ futbolçu kimi üzərində çalışan biri idi. İndi də onunun uğurları ilə fəxr edirəm, uğurlar arzulayıram”.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi