Dünya futbolu
“Beşiktaş”ın yeni transferi: “Məqsədimə çatdım”
“Beşiktaş” klubu yeni mövsüm üç&uu…
“Beşiktaş” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Gənclərbirliyi” komandasının serbiyalı müdafiəçisi Duşko Toşiçi heyətinə qatıb.
Klubun internet saytına danışan 30 yaşlı futbolçu “Beşiktaş”a gəlişini dəyərləndirib: “Beşiktaş” böyük klubdu. Mən komandanı, komanda da məni tanıyır. Komandamızı çempionluğa çatdırmaq üçün əlimdən gələni edəcəm. İki mövsüm sol cinah müdafiəçisi kimi oynadım. Mərkəz müdafiəçisi mövqeyində də oynaya bilirəm. “Beşiktaş”dan Türkiyədəki ilk mövsümümdə təklif almışdım və yenidən təklif alıb məqsədimə çatdım. Burada olmağım mənim üçün böyük qürurdu”. Klubun təcrübəli müdafiəçi ilə 2+1 illik müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, Toşiç 2012-ci ildən “Gənclərbirliyi”ndə çıxış edirdi.