Filippo İnzaqi "Milan"ın baş məşqçi vəzifəsindən göndərilib. Futbolinfo.az xəbər verir ki, onun varisi Sinişa Mihayloviç olacaq. 
 
Hansı ki, Sinişa son mövsümdə "Sampdoriya"da baş məşqçi vəzifəsində çalışırdı. Bununla bağlı rəsmi olaraq yaxın vaxtlarda məlumat veriləcək. Mihayloviç "rossonyerlər"lə ilinə 2 milyon avro nəzərdə tutulmaqla 2 illik müqavilə imzalayacaq. Artıq klubun prezidenti Silvio Berluskoni Mixayloviç ətrafında yaranmış vəziyyəti şərh edib: "Onun iş stili və istəyi mənim xoşuma gəlir. Üstəlik, çalışdırıcı qələbələr üçün acdı”.
 
Qeyd edək ki, bir müddət əvvəl "Milan"ın baş məşqçi postuna "Zenit"də çalışmış Andre Villaş-Boaş gətizdiriləcəyi xəbərləri yayılmışdı. Lakin italyan klubu portuqaliyalıya 4 milyon avro ödəmək istəməyib.
Shares: