Dünya futbolu
Çempionlar Liqasının finalında azarkeşlərə qadağa
Çempionlar Liqasının finalında keçiriləcək “Y…
Çempionlar Liqasının finalında keçiriləcək “Yuventus” və “Barselona” komandaları arasında görüşlə bağlı maraqlı qərar verilib. Futbolinfo.az xəbər verir ki, UEFA-nın qərarına əsasən azarkeşlər stadiona siqaretlə daxil ola bilməyəcəklər.
Belə ki, sabahkı oyunda Berlin Olimpiya stadionuna adi siqaretlə bərabər elektron siqaretlə də daxil olmağa icazə yoxdu.
Qeyd edək ki, ÇL-nın finalı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.