FİFA prezidenti Yozef Blatterin adı xoşagəlməz söhbətlərlə bir çəkilir. Futbolinfo.az xəbər verir ki, bu dəfə o, rüşvət qalmaqalı ilə yox, rusiyalı model İrina Şeyklə sevgi yaşaması barədə şayə ilə gündəmə gəlib.
 
İspaniya mətbuatının verdiyi məlumata görə, 79 yaşlı ali futbol qurumunun rəhbəri ilə İrina arasında ilk münasibət  “qızıl top” mükafatlandırma mərasimində başlayıb. Belə ki, həmin vaxt rusiyalı modellə portuqaliyalı futbolçu Kriştino Ronaldo birlikdə idi. Blatterin “qızıl top” mükafat mərasimindən öncə çıxışlarından birində Ronaldo  haqqında mənfi fikirlər söyləyib onu sevmədiyini bildirməsi şübhələri daha da artırır.
 
Qeyd edək ki, həmkarlarımızın fikrincə Blatterin önümüzdəki günlərdə məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Shares: