Dünya futbolu
"Real"ın futbolçusu rəsmən "Yuventus"da
“Yuventus” klubu transfer çalışmalarını davam e…
“Yuventus” klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi “Real”ın almaniyalı yarımmüdafiəçisi Sami Xediranı heyətinə qatıb.
Kubun internet saytının verdiyi məlumata görə, “qoca sinyora” Xedira ilə 4 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçunun İtaliyada nə qədər qazanacağı məlum deyil.
Qeyd edək ki, 2010-ci ildən İspaniya nəhəngində çıxış edirdi.
