Ölkə futbolu
Bakı "İnter"ində 2 müqavilə
Arxada qalan mövsümü gümüş mükafatla ba…
Arxada qalan mövsümü gümüş mükafatla başa vuran Bakı "İnter"i heyətini gücləndirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 2 futbolçu transfer edib.
Belə ki, "bankirlər" Mirhüseyn Seyidov və Yuri Fomenkonu heyətinə qatıb. Seydiovla 6 aylıq, Fomenko ilə1 il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, Seyidov son mövsüm "Neftçi"də çıxış edirdi. Fomenko isə 2012-2013-cü il mövsümündə "İnter"in şərəfini qorumuşdu. 28 yaşlı futbolçu cari ilin əvəlində Litvanın "Şyaulyay" klubunda forma geyinirdi.
Əlavə edək ki, "İnter" Avropa Liqasına hazırlığı "İnter Arena" stadionunda keçirir. Komanda plana uyğun olaraq gün ərzində iki dəfə məşq edir.
(Klub saytı)