Dünya futbolu
“Betis”dən gözlənilməz transfer
Bu mövsüm La Liqaya vəsiqə qazanan “Betis” klu…
Bu mövsüm La Liqaya vəsiqə qazanan “Betis” klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, klub “Hamburq”dan hollandiyalı yarımmüdafiəçi Rafael van der Vartı heyətinə qatıb.
İspaniya mətbuatının verdiyi məlumata görə, “Hamburq”la müqaviləsi başa çatan futbolçu azad agent kimi “Betis”ə keçib.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2012-ci ildən Almaniya təmsilçisində çıxış edirdi.