Premyer-liqa
"Zirə" və "İnter" Əhmədova "elçi düşüb"
"Qarabağ"dan ayrılan Hacı Əhmədovun da taleyinə …
"Qarabağ"dan ayrılan Hacı Əhmədovun da taleyinə yaxın günlərdə aydınlıq gələcək. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətindən iki klubumuz maraqlıdı.
Bunlar yeni mövsümdə elitada debüt edəcək "Zirə" və Avropa Liqasında mübarizəyə qoşulacaq "İnter"di. Əldə etdiyimiz məlumata görə, 22 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçilərindən gələn təklifləri götür-qoy edir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Hacı Əhmədov "Qarabağ"la olan müqaviləsinin müddəti sona yetdiyi üçün komandadan ayrılıb. Ağdam təmsilçisində olduğu müddətdə daha çox ehtiyyat oyunçular skamyasında əyləşən futbolçuya Qurban Qurbanov ehtiyac duymayıb. Buna görə də, ona müqavilənin müddətini artırmaq təklifi olunmayıb.