Dünya futbolu
Serxio Aquera: “Messini bir neçə dəfə razı salmağa çalışsam da…”
Argentina və “Mançester Siti”nin hücumç…
Argentina və “Mançester Siti”nin hücumçusu Serxio Aquera komanda yoldaşı Leonel Messi haqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, Messinin hücum xəttində əla tərəfdaş olduğunu və bir komandada oynamaq istədiyini deyib.
İngiltərə mətbuatına danışan Aquera bunları deyib: “Əlbəttə mən Leonel Messini “Mançester Siti”də görmək istərdim. Dünyanın ən yaxşı futbolçusunu klubumuza gətirmək inanılmaz olardı, amma Messi “Barselona”nı çox sevir. Mən bir neçə dəfə onu razı salmağa çalışsam da bilirəm ki, o, “Barselona”dan ayrılmaz”.
Qeyd edək ki, hər iki futbolçu Çilidə keçirilən Amerika Kuboku oyunları çərçivəsində Argentina millisinin uğurları üçün çalışır.