Dünya futbolu
Neymar cəzalandırıldı
Amerika Kubokunda Braziliya – Kolumbiya oyunundan sonra qırmız…
Amerika Kubokunda Braziliya – Kolumbiya oyunundan sonra qırmızı vərəqə alan Neymara cəza verilib. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu iki oyunluq cəzalandırılıb.
Belə ki, Neymar qrupun son oyununda Venesuela və ¼ final mərhələsində iştirak edə bilməyəcək. Braziliya ½ final mərhələsinə yüksələ biləcəyi təqdirdə o, millisinə kömək edə biləcək.
Qeyd edək ki, qarşılaşmanın final fitindən sonra braziliyalı futbolçu topu rəqibi Pablo Armeroya vurub. Bundan sonra isə ara qızışıb və Neymara etiraz edən Jeyson Murillonu da kəllə ilə vurub. Ardınca Karlos Bakka ilə mübahisəni davam etdirib və hakim hər iki futbolçuya qırmızı vərəqə göstərib.