Dünya futbolu
Çiçarito: “Real”da keçirdiyim mövsüm üçün çox məyusam”
“Mançester Yunayted”in hücumçusu Xavier…
“Mançester Yunayted”in hücumçusu Xavier Hernandes “Real”dakı karyerası haqqında fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, ötən mövsümü icarə əsasında Madrid təmsilçisində keçirmiş Çiçarito “kral klubu”ndakı günlərə görə məyus olduğunu bildirib.
“SKY Sport”un verdiyi məlumatına görə, futbolçu bunları deyib: “Çempionlar Liqasında “Atletiko”ya vurduğum qol yeganə müsbət məqamdı. Çox çətin il oldu. Məşqçilər heyəti məni tamamilə gözdən çıxartmışdı. İcarə əsasında “Real”da keçirdiyim mövsüm üçün çox məyusam. Çünki komandanın əsas hissəsi ola bilmədim”.
Qeyd edək ki, 2010-cu ildən “Mançester Yunayted”lə müqaviləsi olan 27 yaşlı hücumçu 2014/2015 mövsümünü icarə əsasında İspaniya nəhəngində keçirib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var