Dünya futbolu
Edin Ceko son qərarını verdi
“Mançester Siti”nın bosniya və hersoqovinalı h&u…
“Mançester Siti”nın bosniya və hersoqovinalı hücumçusu Edin Ceko son qərarını verib. Futbolinfo.az xəbər verir ki, adı müxtəlif klublarla hallanan futbolçu komandasını tərk etməyəcək.
Belə ki, bu barədə onun agenti məlumat verib: “Edin Cekonun hər gün yeni bir klubla anlaşdığını yazırlar. Əvvəlcə “Atletiko”, sonra “Roma”, indi isə “Çelsi”. Dəfələrlə demişəm, yenə təkrar edirəm, müştərimə heç bir təklif gəlməyib, gəlsə də qəbul etmək fikri yoxdu. Cekonun “Mançester Siti”ni tərk etmək şansı sıfıra bərabərdi”.
Qeyd edək ki, 29 yaşlı hücumçu 2011-ci ildən İngiltərə nəhəngində çıxış edir.