Dünya futbolu
“Qalatasaray”dan təklif gəlsə, etiraz etmərəm”
Rusiyanın “Zenit” klubunun belçikalı müdafi?…
Rusiyanın “Zenit” klubunun belçikalı müdafiəçisi Nikolas Lomberts “Qalatasaray”a mümkün keçidi haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu “sarı-qırmızılar”dan rəsmi təklif gələcəyi təqdirdə razılaşa biləcəyini deyib:
“Mənim 30 yaşım var. Həyatımın elə bir dönəmindəyəm ki, karyeram haqqında vacib qərarlar verməliyəm. Hazırda məzuniyyətdəyəm, ciddi təklif olsa mənə məlumat verəcəklər. “Qalatasaray” kimi bir klubdan təklif gəlsə, əlbəttə ki etiraz etmərəm. Əla klubdu, İstanbul da möhtəşəm şəhərdi. Ancaq təbii ki, son qərarı da klubum “Zenit” verəcək”.
Qeyd edək ki, Lomberts 2007-ci ildən Rusiyə nəhəngində çıxış edir.