Dünya futbolu
Konoplyanka üçün yeni iddia: İngiltərəyə gedir
“Sevilya”ya keçidi barəsində məlumatlar yayılm?…
“Sevilya”ya keçidi barəsində məlumatlar yayılmış ukraynalı futbolçu Yevgeni Konoplyanka haqqında sürpriz iddia meydana çıxıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı futbolçu “Liverpul”a keçə bilər.
İspaniyanın məşhur “Marka” nəşri iddia edir ki, “qırmızılar” Konoplyankaya daha çox pul təklif etməsi “Dnepr”in keçmiş futbolçusunun “Sevilya”ya keçməsinə əngəl törədə bilər. İspaniyalı həmkarlarımızın verdiyi məlumata görə, “Sevilya” ilə ilinə 3.5 milyon avro qarşılığında anlaşmış Konoplyankaya “Liverpul” 7 milyon təklif edir.
Qeyd edək ki, futbolçunun atası və agentinin danışıq üçün İngiltərəyə yollandığı bildirilir.
Qeyd edək ki, futbolçunun atası və agentinin danışıq üçün İngiltərəyə yollandığı bildirilir.