Dünya futbolu
İquainin transfer qiyməti açıqlandı
“Napoli” klubu argentinalı hücumçusu Qonsalo …
“Napoli” klubu argentinalı hücumçusu Qonsalo İquainin transfer qiymətini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu məbləğ 95 milyon avrodu.
İtaliya mətbuatının məlumatına görə, Amerika Kubokunda baxımlı oyunu ilə diqqət çəkən 27 yaşlı futbolçu “Arsenal”, “Liverpul” və “Milan” klublarının maraq dairəsinə düşüb. Neapollular isə İquain üçün 95 milyon avro ödəniləcəyi təqdirdə satacaqlarını bildirib.
Qeyd edək ki, hücumçu hazırda Amerika Kuboku uğrunda təşkil olunmuş turnirdə Argentina millisinin heyətində çıxış edir.