Dünya futbolu
"Bavariya" Braziliya milisinin üzvünü alır
“Bavariya” klubu növbəti mövsüm ü&cce…
“Bavariya” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, münhenlilər Ukrayna “Şaxtyor”unun braziliyalı yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə qatıb.
Almaniya mətbuatının verdiyi məlumata görə, “pivəçilər” bu transfer üçün “Şaxtyor”a 35 milyon avro ödəyib. 2010-cu ildə “Qremio”dan 6 milyon avroya transfer olunan Kosta Donetsk təmsilçisinin heyətində 5 mövsümdə 196 oyunda meydana çıxaraq 37 qol vurub. Əlavə olaraq bildirək ki, Kosta “Bavariya”nın tarixində Bilbao “Atletik”indən transfer olunan Xavi Martines (40 milyon avro) və Dortmund “Borussiya”sından alınan Mari Götzedən (37 miyon avro) sonra 3-cü ən çox ödəniş edilən futbolçudu.
Qeyd edək ki, 24 yaşlı futbolçu hazırda Braziliya millisinin heyətində Amerika Kubokunda iştirak edir.