Dünya futbolu
“Mançester Yunayted” Fransa millisinin üzvünü transfer edir
“Mançester Yunayted” klubu “Southempton&rdquo…
“Mançester Yunayted” klubu “Southempton”un fransalı yarımmüdafiəçisi Morqan Şenderleni heyətinə qatmağa çox yaxındı. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
İngiltərəli həmkarlarımız bildirir ki, “qırmızı şeytanlar” fransalı futbolçu üçün 35 milyon avro ödəyəcək. Artıq tərəflər arasında qarşılıqlı razılaşma əldə olunub və yaxın günlərdə 25 yaşlı futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Şenderlen 2008-ci ildən “Southempton”da, 2014-cü ildən isə Fransa milli komandasına çıxış edir.