Dünya futbolu
“Qalatasaray” braziliyalı yarımmüdafiçi alır
“Qalatasaray” klubu “Kuinz Park Reyncers”…
“Qalatasaray” klubu “Kuinz Park Reyncers”in braziliyalı yarımmüdafiəçisi Sandronu heyətinə qata bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərənin “Independent” qəzeti məlumat yayıb.
İngiltərəli həmkarlarımız bildirir ki, komanda Sandronu satmaq niyyətindədi. 26 yaşlı futbolçu ilə İtaliya, Çin və “Qalatasaray” klubları yaxından maraqlanır. Əlavə olaraq bildirək ki, Türkiyə təmsilçisinin Sandronu icarəyə götürə biləcəyi də deyilir.
Qeyd edək ki, braziliyalı futbolçu “Kuinz Park Reyncers”dən əvvəl, 3 il “Tottenhem”də də çıxış edib.