Bizi izləyin

Ölkə futbolu

Haşiyədən başlayan AZAL

Haşiyə

Təxminən 1 ay öncə maraqlı bir xəbərlə tanış…

blank
Haşiyə
Təxminən 1 ay öncə maraqlı bir xəbərlə tanış oldum. 30 yaşlı hansısa rayonun hansısa kəndinin bir sakini şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini istəyib. Adını dəyişdirən həmin insan 30 il ömür sürdükdən sonra Hidayət adını daşımağı qərara alıb. Heç bilirsiniz niyə? Çünki dünyaya qız övladı gəlib! Qızının adını da qoyub Xoşqədəm. Nədi-nədi 16 ildən sonra qızı şəxsiyyət vəsiqəsində Xoşqədəm Hidayət qızı kimi qeyd olunsun.
 
“Laçın oğlan”
AZAL da dözmədi. Ya dözə bilmək istəmədi? Fərqi var ki? Böyük ölçüdə “Həsən keçəl, ya keçəl Həsən”, nə dəxli!? Günü günə satan “təyyarəçilər” “bu gün – sabah” deyə-deyə çatdılar mənzil başına. Nədənsə məşhur tamaşada Cəbi ilə Hacı Qənbərin dialoqu düşdü yadıma:
– Mən cavanlıqda bir laçın oğlan idim!
– Hə, ay ağa, elə indi də görsənir…
 
Yarandığı tarixdən AZAL heç vaxt “laçın oğlan” olmayıb. Özü də klub rəhbərliyi  hər başa çatan çempionatdan sonra “görün gələn mövsüm nələr edəcəyik”, mesajından bir addım da aralaranmırdı. Mövsüm gəlirdi, ancaq siyasət dəyişməz qalırdı: ortabab yerli və əcnəbilərdən qurulan heyət turnir cədvləinin ortalarında var-gəl edirdi. Bəli, bir dəfə “Olimpik” adı altında gümüş medallar qazanıldı. Ancaq həmin vaxt da Aviakonsernin səxavət boxçası açılmamışdı. Sadəcə, Əsgər Abdullayevin məşqçilik bacarığı “konfet” düzəltməyə imkan vermişdi…
 
Dünənə şükür
AZAL texniki bazanın güclənməsi yönündə düzgün addım atmaqla, əsas komandaya diqqət göstərməməsini qismən sığortalasa da, ortaya yeni nəslin ulduzlar toplusunu qoya bilmədi. İndi məlum olur ki, ötən mövsümlərdəki “təyyarəçilər”ə şükür etmək gərək imiş. Komanda birdəfəlik legionerlərin xidmətindən imtina etdi. Üstəlik üzdə olan bir neçə futbolçusunu da sıralarında saxlaya bilmədi. Dünən yaradılan “Zirə” qədər də olmayan komanda futbolçularını qoruya bilmədi.”Musiqini pul verən sifariş edir”. “Zirə” də hazırda daha baha qiymətli “musiqi sifarişi” verməyi bacarır. Klub siyasətini dəyişərək, yeniyetmələrə bel bağlayacağını bəyan edir. Keçilmiş mərhələdi. “Xəzər Lənkəran” ötən mövsümün ortasında bu addımı atdı və nəticədə “iddialı” statusunu “ortabab”a dəyişdi. “Bakı” ötən mövsümün əvvəlində yeniyetmələrin ümidinə qaldı və nəticədə elita ilə vidalaşdı. Yəqin ki, növbəti addım da təxmini belə olacaq: “Təlim-məşq toplanışı üçün xaricə getməyə ehtiyac görmürük. Öz bazamızda hər cür şərait var. Üstəlik, kifayət qədər yerli komandamız da Azərbaycandadı. Onlarla da yoxlama görüşü keçirərək, istədiyimiz hazırlığı ala biləcəyik”. 
 
Analoqu olmayan təcrübə
Nə isə, üzümüzə gələn mövsüm AZAL da “Bakı”nın sırasına keçməyi hədəfləyib. Ancaq bu da son deyil. Axı komandanın ötən mövsümdən qalan borcları bağlanmayıb. FİFA-ya gedən və gedəcək qalaq-qalaq şikayətlərin qarşısı da alınacaq. Bunun üçün analoqu olmayan “Turan” – “Turan-T” çoxgedişli maliyyə texnologiyasından yararlanacaqlar. AZAL dönüb olacaq “Şüvəlan”.  Döngədə unudulacaq ki, bu komanda hansı hüquqi meyarlarla Premyer Liqada iştirak edəcək. Deyək ki, 1-ci divizionda oynamağa hər bir klubun, o cümlədən “yeni yaradılan” Tovuz təmsilçisinin də ixtiyarı var idi. Bəs “Şüvəlan”? Hüquqi don geyindirmək üçün mütləq 1-ci divizion klublarından birini ləğv etmək lazımdı. Onun adını və məskunlaşdığı hüquqi ünvanını dəyişdirib, Şüvəlana köçürmək gərəkdi. Daha sonra isə təcili olaraq, elitada iştirak hüququ verən lisenziyanı təqdim etmək gərədi.
 
Son əvəzi
Eh, Allah sənə rəhmət eləsin, Yaşar müəllim. Necə də gözəl ifa etmişdin həmin rolu. “Göz həkimində” dediyi sözləri nəzərdə tuturam: “Qanun şalban kimi şeydi. Üstündən tullanmaq olmur, ancaq yanından keçmək olur”. 
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm