Dünya futbolu
Joze Mourinyonun yeni tapıntısı – FOTO
Londonun “Çelsi” klubu heyətini yeni hücum&cc…
Londonun “Çelsi” klubu heyətini yeni hücumçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” “Fluminense”nin futbolçusu Robert Kenedini transfer edib.
Britaniya mətbuatının məlumatına görə, “mavilər” 19 yaşlı futbolçu üçün 9 milyon avro ödəyib. Gənc oyunçu bundan sonra Joze Mourinyonun rəhbərlik etdiyi komanda üçün tər tökəcək.
Qeyd edək ki, Kenedi 2013-cü ildən “Fluminense”de çıxış edirdi.