Milli komanda
Rusiya çempion, yığmamız sonuncu oldu
Bu gün Bakı-2015 Avropa Oyunlarına yekun vurulub. Futbolinfo.az…
Bu gün Bakı-2015 Avropa Oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, qrup mərhələsində hər 3 qarşılaşmada uduzan çimərlik futbolu üzrə milli komandamız həlledici gündə 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb.
Millimiz Macarıstanla üz-üzə gəlib. Futbolçularımız 2:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə yarışı 8-ci pillədə başa vurub.
Bürünc medal uğrunda mübarizədə İsveçrə üzərində minimal hesablı qələbə qazanan Portuqaliya yarışı 3-cü pillədə başa vurub.
Çempionluğun taleyi Rusiya ilə İtaliya arasında qarşılaşmada həll olunub. Gərgin keçən görüşdə qələbə qazanan son dünya çempionu Rusiya millisi Avropa Oyunlarının da qızıl medalına layiq görülüb.
28 iyun
Çimərlik futbolu
7-ci yer uğrunda
Macarıstan – Azərbaycan – 3:2
5-ci yer uğrunda
Ukrayna – İspaniya – 3:6
Ukrayna – İspaniya – 3:6
3-cü yer uğrunda
İsveçrə – Portuqaliya – 5:6
İsveçrə – Portuqaliya – 5:6
Final
İtaliya – Rusiya – 2:3
İtaliya – Rusiya – 2:3
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”